Azərbaycanda məşhur mağazalar şəbəkəsi BAĞLANIR

Azərbaycanın böyük elektronika və məişət texnikasının satış şəbəkəsi “Maxi.az” bağlanır.

Metbuat.az Ölkə.az-a istinadən xəbər verir ki, şirkətin müxtəlif ünvanlarda yerləşən əksər filialları ləğv olunub.

“Maxi.az”dan bildirilib ki, hazırda fəaliyyət göstərən bəzi filialları da iyun ayının sonuna qədər işləyəcək. Şirkətin məhsulları onlayn olaraq satılacaq, satış şəbəkəsi isə fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, “Maxi” şirkəti “İntegral Plus” mağazalar şəbəkəsinin əsasında qurulub və 2006-cı ildən fəaliyyət göstərməyə başlayıb. Şirkət Azərbaycanın ən böyük elektronika və məişət texnikasının distribyutorlarından biridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı