Sabiq rektor 4 müəllimi səbəbsiz yerə işdən çıxarıb? - Deputatdan İDDİA

Neft və Sənaye Universitetinin sabiq rektoru Mustafa Babanlı barəsində yeni iddia irəli sürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Etibar Əliyev sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, universitetin müəllimi deputata yığaraq bildirib ki, Mustafa Babanlı onunla birlikdə daha 3 müəllimi səbəbsiz yerə işdən çıxarıb:

"Bu gün mənə Neft və Sənaye Universitetinin keçmiş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Abıyeva zəng vurdu. Leyla xanım ağlamaqdan özünü saxlaya bilmirdi, güclə danışırdı. Xanımın söylədiyinə görə Mustafa Babanlı heç bir əsas olmadan onu və 3 müəllimi əmrlə işdən çıxarıb. Leyla xanım Apellyasiya məhkəməsinə qədər şikayət edib, lakin heç bir nəticə əldə etməyib. Leyla xanımın dediyinə görə haqsızlıqlar ucbatında depressiyaya düşüb. Sual olunur. Nədən məhkəmədən əvvəl işdən qanunsuz azad olunmuş müəllimlərin şikayətinə Elm və təhsil nazirliyində baxılmayıb? Xanımın dediyinə görə onların müraciətinə heç cavab belə verilməyib. Belə qanunsuzluq olar? Mustafa tərəfdarları, bunu da nəzərə alın. Rektor qadınla intriqa aparırmış".

Məlumata görə, Leyla Abıyeva Respublikının görkəmli pediatorları Rauf Abıyev və Anaxanım Axundovanın qızıdır.

Qeyd edək ki, Mustafa Babanlı iyulun 10-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsindən azad edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı