Azərbaycan elektrik enerjisinin istehsalını 3% artırıb

Bu ilin I yarısında Azərbaycanda ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % çox - 13 907,9 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Metbuat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov tviter hesabında bildirib.

"6 ayda İstilik Elektrik Stansiyaları (İES) üzrə 12 826,1 milyon kilovat-saat, su da daxil olmaqla bərpa olunan mənbələrdən 1 081,8 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Bərpa olunan mənbələrdən enerji istehsalının 82,4 %-i və yaxud 891 milyon kilovat-saatı Su Elektrik Stansiyalarının (SES), 126,8 milyon kilovat-saatı "Təmiz Şəhər" ASC-yə məxsus Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun (BMTZ), 32,3 milyon kilovat-saatı günəş elektrik stansiyalarının (GES), 31,7 milyon kilovat-saatı külək elektrik stansiyalarının (KES) payına düşüb", - deyə nazir qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, hesabat dövründə elektrik enerjisinin ixrac həcmi 1 265,2 milyon kilovat-saat, idxal həcmi isə 137,5 milyon kilovat-saat olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı