Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 4% artıb

Bu il iyulun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,4 % çox – 743,3 min olub.

Metbuat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 43 mini əlavə dəyər vergisi (ƏDV) ödəyicisidir. Bu isə ilin əvvəlinə nisbətən 7,6% çoxdur.

Hesabat dövründə aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 4,4% artaraq 197,6 minə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı