Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 49 vaksin vurulub.

Metbuat.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, üç və daha çox doza vaksin vurduranların sayı 9, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 967 963, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 801, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 170, üç və daha çox doza vaksin vurduranların sayı 3 404 654, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 338 təşkil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR