Hər bir müştəriyə individual yanaşan peşəkar kosmetoloq Diana Salmanqızı Rusiyada gözəllik anlayışına yeni nəfəs gətirən mütəxəssislərdəndir.
O, Rusiyada estetika dünyasının ən tələbatlı dermatoloq, kosmetoloq, ali tibb təhsilli inyeksiya texnikası üzrə mütəxəssisdir.
Rusiya şou-biznesinin gözəllik mütəxəssisi, 2005-ci ildə Tibb Universitetinə qəbul olur. Ali tibb təhsilini başa vurduqdan sonra o, 2013-cü ildən inyeksiya kosmetologiyası üzrə ixtisaslaşır.
Təcrübəli mütəxəssis bu gün artıq özünəməxsus müəllif texnikaları ilə işləyir. Onlardan ən məşhuru dəri yaşlanmasına qarşı nəzərdə tutulan kokteyldir. Pasiyentlərin möcüzəvi adlandırdıqları bukokteyl tərkibində lipolitik və peptidləri birləşdirir.
Artıq 8 ildir ki, bu sahədə olan mütəxəssis mütəmadi olaraq gözəllik dünyası xadimlərinin və dünyaşöhrətli həkimlərin məruzələrlə çıxış etdiyi beynəlxalq konfrans və seminarlarda iştirak edir.
Diana Salmanqızı, 2 iyul 2023-cü il tarixindəBakıda Dreamland oteldə baş tutan “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Professional Contour Plastic of the Year” nominasiyasına layiq görülüb.