AZAL-ın gecikmiş reysi Bakıdan İstanbula yola salınıb – YENİLƏNİB

"Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) texniki səbəbdən gecikmiş J2 75 reysinin sərnişinləri digər təyyarə ilə saat 13:46-da Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula uğurla yola düşüblər.

Metbuat.az xəbər verir ki, AZAL-dan verilən məlumata görə, Həmçinin İstanbul-Bakı marşrutu üzrə gecikmiş reysin uçuşu Bakı vaxtı ilə saat 16:50 həyata keçiriləcək.

Əlavə suallar yarandıqda, aviaşirkətin çağrı mərkəzinə callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərsiniz.

11:56

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-İstanbul marşrutu üzrə həyata keçiriləcək J2 75 reysi texniki səbəbdən gecikir.

Metbuat.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, sərnişinlər yaxın zamanda digər təyyarə ilə yola düşəcəklər.

Əlavə suallar üçün aviaşirkətin çağrı mərkəzinə callcenter@azal.az elektron poçtu vasitəsilə müraciət etmək olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR