​Tacikistan estradasının parlaq ulduzu Bakıda təltif edildi

Gənclərin sevimlisi olan Zülayxo Mahmadşoyeva

Tacikistan estradasının ulduzu, şou-biznesin parlaq nümayəndəsidir. 1993-cü il dünyaya göz açan gənc müğənni, orta təhsillini başa vurduqdan sonra ali məqsədinə doğru irəliləmək üçün ciddi atımlar atır. Onun əsas məqsədi öz ölkəsinin bir nömrəli pop ulduzuna çevrilmək idi.

Xüsusi rəqs ritmləri ilə seçilən Zülayxo Mahmadşoyeva bəstələri daim yeni enerji axtarışında olan gəncliyin dönməz ruhunu əks etdirir. Milli və Avropa üslubunu səhnə obrazında ahəngdar şəkildə istifadə edən gənc müğənniyə şöhrəti 2011-ci ildə hitə çevrilən "Kabutar" adlı mahnısı gətirib. Onun yaradıcılıq fəaliyyəti “Vətən” (2010), “Mexandam” (2012) və “Namebaxşam” (2022) albomlarında öz əksini tapıb.

Asiyanın nüfuzlu mükafatlarına layiq görülən gənc müğənni son olaraq, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Celebrity Singer of the Year” nominasiyasına layiq görülüb.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı