​Tanınmış fitness model Maks Fardan beynəlxalq mükafatlandırma mərasimində təltif olundu

Maks Fardan Dubayda yaşayan özbəkistanlı top model fitness üzrə mütəxəssis və “Cənab Dubay 2019” titulunun qalibi top modeldir. 8 il öncə insanlığın qorxulu bəlası olan xərçəngdən əziyyət çəkən gənc fitness model, hazırda Dubayda yaşayır və bu xəstəliyə qalib gəlib. O, vaxtilə öz əziyyət çəkdiyi xəstəlikdən əziyyət çəkən insanları təşviq etmək üçün "Çəhrayı Pod-castdakı Döyüşçülər", "Döş Xərçəngi Maarifləndirmə Ayı" layihələrində yaxından iştirak edir.

Fitness model hesab edir ki: "Bu cür xəstələrin yanında olmaq, onları dinləmək və sevmək lazımdır. Çünki sevgi bütün xəstəliklərin dərmanıdır”.

Dubayı ikinci vətəni hesab edən Maks Fardan sosial şəbəkələrdə böyük izləyici kütləsinə malikdir.

Gənc və istedadlı fitness model Maks Fardan, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Celebrity Top Model of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı