Azərbaycanda daha 1 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb.

    Azərbaycanda indiyədək ümumilikdə 831 978 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 670 nəfər müalicə olunaraq sağalıb, 10 288 nəfər vəfat edib, aktiv xəstə sayı 20 nəfərdir.

    Ölkədə son sutka ərzində 659, hazırkı dövrədək isə 7 654 889 test aparılıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR