Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya tərəfindən Krıma təyin edilən "qubernator" Sergey Aksenov bildirib.
O qeyd edib ki, fövqəladə vəziyyət Krım yarımadasını Rusiyanın Krasnodar bölgəsi ilə birləşdirən körpünün 145-ci sütununda baş verib. Aksenov fövqəladə vəziyyətin nə olduğunu açıqlamayıb və daha ətraflı məlumat verməyib.
KİV-in məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, yaralananlar var.