Ərdoğan taxıl sazişi ilə bağlı razılaşmanın dayandırılmasına münasibət bildirib.
Metbuat.az xəbər verir ki, Türkiyə Prezidenti jurnalistlərə açıqlamasında Putinin hələ də bu razılaşmanın tərəfdarı olduğuna inandığını deyib:
"Bugünkü bəyanata (razılaşmanın dayandırılması - red) baxmayaraq, Rusiya prezidenti Putinin bu humanitar körpünün davam etdirmək istəyinə inanıram. Səfərdən qayıdan kimi mənim cənab Putinlə görüşlərim olacaq. Avqust ayında ölkəmizdə bir araya gələndə, görüşərik".