Azərbaycanda neçə dəfə referendum keçirilib?

Azərbaycan müstəqillik qazandıqdan bu yana 6 referendum keçirilib.

Metbuat.az bildirir ki, 1991-ci ilin 29 dekabr referendumu müstəqillik dövrünün ilk referendumu olub.

İkinci referendum 1993-ci il avqustun 29-da prezidentə etimad məsələsinə həsr edilib. Həmin il iyunun 24-də Milli Məclis prezidenti səlahiyyətindən məhrum edən qərar çıxarıb. 29 avqust referendumu bu qərardan irəli gəlib.

1995-ci il noyabrın 12-də, parlament seçkisi ilə eyni gündə keçirilmiş üçüncü referendumda Azərbaycan Konstitusiyası qəbul edilib.

2002-ci ilin 24 avqust, 2009-cu ilin 18 mart və 2016-cı ilin 26 sentyabr referendumlarında Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər qəbul edilib.

Qeyd edək ki, deputat Erkin Qədirli payızda Azərbaycanda referendum seçkilərinin keçiriləcəyini bildirinb. Onun bu fikri hazırda ən çox müzakirə edilən məsələdir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR