Şagirdlərlə bağlı bu proses dayandırıldı

Aprelin 1-i saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılıb.

Metbuat.az xəbər verir ki, şagirdlərin yerdəyişməsi www.sy.edu.az elektron sistemi üzərindən həyata keçirilib.

Qeyd edək ki, 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi 25 fevralda aktiv edilmişdi. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, 1-8 və 10-cu sinifləri əhatə edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı