AMB banklara satılan dolların həcmini açıqladı

18 iyul 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) bildirilib.

Məlumata görə, hərracda tələb 32,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Qeyd edək ki, bu göstərici ötən hərracdan 66.3% çoxdur. Belə ki, iyulun 13-da keçirilən valyuta hərracında banklar 19.3 milyon dollar alış həyata keçirib.

Xatırladaq ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı