Bakıda məşhur kompleksdə 4 yaşlı uşaq faciəvi şəkildə vəfat etdi

Bakıda idman kompleksində faciəli hadisə baş verib.

Metbuat.az "Lent.az"a istinadən bildirir ki, hadisə "MEGACITY" Fitness və Spa mərkəzində qeydə alınıb.

Yasamal rayon sakini, 2019-cü il təvəlüdlü Gülay Məmmədli dünən axşam saatlarında kompleksin hovuzunda boğulub.

Azyaşlı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı