Özbəkistan nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasını ziyarət edib - FOTO

İyulun 19-da Özbəkistanın baş naziri Abdulla Aripovun başçılığı ilə nümayəndə heyəti Ələt Azad İqtisadi Zonasını (ƏAİZ) ziyarət edib.

Metbuat.az xəbər verir ki, ərazidə keçirilmiş görüş çərçivəsində ƏAİZ-in Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görüş iştirakçılarına Zonanın strateji coğrafi mövqeyi, unikal qanunvericilik bazası, investorlara təqdim edilən istifadəyə hazır ərazi-daxili və ərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuş sənaye torpaq sahələri və maliyyə və qeyri-maliyyə imtiyazlar paketi haqqında geniş məlumat verib.

Sonda nümayəndə heyətinin üzvləri ərazidə investorlar üçün yaradılmış əlverişli mühitlə tanış olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı