Dünyada rezonans yaratdı - Ərdoğan 50 milyard dollarla "qayıdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinə səfəri dünya mediasında diqqət mərkəzində olub.

Metbuat.az xəbər verir ki, Ərdoğan və BƏƏ lideri Şeyx Mohammed Bin Zayed Al Nahyan arasında 13 sahədə müqavilə imzalanıb. 50,7 milyard dollarlıq müqavilə bütün dünyada rezonans doğurub. Müqavilə dünya mətbuatında geniş müzakirə edilib.

"Ərdoğanın körfəz turu tamamlandı" başlıqlı xəbərdə “AFP” agentliyi səfərin yekununda 50 milyard dollarlıq müqavilə imzalandığını bildirib. Böyük Britaniyanın "Financial Times" qəzeti "BƏƏ ilə Türkiyə milyardlarla dollarlıq müqavilə imzaladı" başlıqlı xəbərdə belə yazıb: "Birləşmiş Ərəb Əmirlikləri, Prezident Rəcəb Tayyib Ərdoğanın neftlə zəngin körfəz ölkələrinə səfəri zamanı Türkiyə ilə 50 milyard dollar dəyərində təxmin edilən müqavilələr imzaladığını açıqlayıb". “Amerikanın Səsi”, “Bloomberg”, “Əl Ərəbiyyə” də Ərdoğanın səfəri barədə yazıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı