Hilola Raxmatullayeva Azərbaycanda mükafata layiq görüldü

Yaşının gənc olmasına baxmayaraq o, Özbəkistanın gənc və potensiallı işgüzar xanımları arasındadır. “Skin Clinic” tibb klinikası, “DR Beauty Distribution” brendlər evinin təsisçisi və Amerikanın ZO Skin Health brendinin Özbəkistanda eksklüziv distribyutoru – Hilola Raxmatullayeva. O, Özbəkistanda tibbi xidmət və topdansatış ticarəti sahəsində ən gənc və uğurlu sahibkarlardan biridir.

Məktəb vaxtlarından ictimai həyatda fəal iştirak edən gələcəyin işgüzar xanımı universitet illərində ilk pərakəndə biznesini qurur. 5 ildir ki, bu sahədə təkmilləşən gənc qız bu gün, ZO SKIN HEALTH, iS Clinical, 3LAB kimi Amerikan markaları, Margy’s Monte Carlo İsveçrə brendinin Özbəkistandakı rəsmi nümayəndəsidir.

O, 2020-ci ildə ZO SKIN HEALTH brendindən ilhamlanaraq, tibbi estetik klinika təsis edir. Sözügedən klinika dəriyə qulluq üçün innovativ yanaşmaya əsaslanır. Daim öz üzərində çalışan Xilola Raxmatullaeva, gələcəyə doğru əmin addımlarla irəliləyir.O, beynəlxalq konfranslarda, sərgilərdə və təlim proqramlarında fəal iştirak edir, biznes tərəfdaşları ilə görüşür və bu sahənin ən son texnologiyalarını öyrənir. Təsadüfi deyil ki, 4000 namizəd arasından seçilən Xilola Raxmatullaeva Moskva Biznes Məktəbində oxumaq üçün ən yaxşı 30 tələbə arasında yer alır.

Uğurlu xanımın gələcəyə dair ən böyük planı Özbəkistan bazarını inkişaf etdirmək, öz ölkəsində tibbi xidmət və ticarət sahəsini qlobal səviyyəsinə çatdırmaq və gənclər arasında sahibkarlığa fəal dəstək verməkdir.

Xilola Raxmatullaeva, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Professional Entrepreneur of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı