Trampın təklif etdiyi namizəd sədr seçildi

ABŞ Senatı Prezident Donald Trampın namizədliyini irəli sürdüyü istefada olan Hərbi Hava Qüvvələri general-leytenantı Den Razin Keyn barədə səs vermə keçirib.

Metbuat.az xəbər verir ki, səs vermədə Den Razin Keynin lehinə 60, əleyhinə isə 25 səs verilib. Bununla da, o, Birləşmiş Qərargah Rəisləri Komitəsinin yeni sədri seçilib. Qeyd edək ki, bundan əvvəl Donald Tramp Çarlz Braunu Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsindən istefaya göndərmişdi.

Təltif edilmiş F-16 pilotu olan Keyn Pentaqonun bəzi gizli proqramlarında və Mərkəzi Kəşfiyyat İdarəsində çoxsaylı xüsusi əməliyyat komandanlığında xidmət edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı