Bakıda qırmızı işıqda keçən maşın "Lexus"u vurdu - VİDEO

Bakıda qırmızı işıqda keçən sürücü qəza törədib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hadisəsi bu gün səhər saatlarında paytaxtın Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərov küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə zamanı avtomobillərdən birinin vurduğu işıqfor yararsız vəziyyətə düşüb.

“Problemin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür”, - məlumatda qeyd olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR