Kəmaləddin Heydərov müşavirə keçirdi: Tapşırıqlar verdi

İyulun 20-də fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin inzibati binasında müşavirə keçirilib.

Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nazir müavinləri, FHN-in müvafiq baş idarə, idarə, qurum və regional mərkəzlərinin rəislərinin iştirakı ilə keçirilən müşavirədə cari məsələlər, o cümlədən regional mərkəzlərin fəaliyyəti müzakirə olunub.

Müşavirədə çıxış edən nazir K.Heydərov ölkədə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə əlaqədar nazirliyin üzərinə düşən vəzifələrin icra vəziyyəti və qarşıda duran məsələlər barədə danışıb. Bu çərçivədə, nazir fövqəladə halların qarşısının vaxtında alınması məqsədilə nazirliyin nəzarət funksiyalarına malik qurumları ilə regional mərkəzlərin koordinasiyalı fəaliyyətinin əhəmiyyətini qeyd edib, bu istiqamətdə həlli vacib məsələlərə toxunub.

Sonra nazirliyin müvafiq qurum və regional mərkəzlərinin rəisləri aidiyyəti sahələr üzrə görülən işlər barədə məruzə ediblər.

Müşavirəyə yekun vuran nazir K.Heydərov fövqəladə hallarla mübarizə üzrə aidiyyəti qurum və regional mərkəzlərin üzərinə düşən mühüm vəzifələri xatırladıb, müvafiq tapşırıqlarını verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı