Toy karvanlarında maşın sayına məhdudiyyət qoyulsun - Ekspertdən TƏKLİF

Son zamanlar istər Bakıda, istərsə də regionlarda toy karvanlarında avoxuliqanlıq əməlləri artıb. Onlara qarşı görülən cəzalandırma tədbirlərinə qarşı məhəl qoyulmur.

Metbuat.az-a danışan nəqliyyat ekspert Eldəniz Cəfərov deyir ki, bu hallar əsasən bölgələrdə müşahidə olunur. Ekspert əsas səbəbi sürücülüklə bağlı təlimlərin yerində olmamasında görür:

"Təəssüf ki, toy karvanlarında xuliqanlıq edənlərin sayı azalmaq əvəzinə getdikcə artır xüsusən bölgələrdə belə xuliqanlıqların çox şahidi oluruq. Video görüntülər yayılır, ağır qəzalar də baş verir, ağır faciələryaşanır, ölüm və xəsarət halları da olur. Buna baxmayaraq yenə toy karvanlarında, xuliqanlıq edən vətəndaşların sayı artır.

Qeyd edim ki, biz əgər daha dərinə getsək Azərbaycanın bölgələrində sürücülük məktəbləri ya sürücülük kurslarının formal xarakter daşıdığını görərik. Vətəndaşlar avtomobil sürməyi bu məktəblərdə, kurslarda yox, haradasa yaxın dostlarından, tanışlarından, həyət-bacada öyrənirlər. Görünür, bölgələr paytaxtdan bir qədər kənar olduğu üçün orada nizam-intizam yaratmaq da çətinləşib".

Oxu.az - Bakı-Sumqayıt yolunda ölümsaçan qanunsuz sərnişindaşıma: Çıxış  yolu nədir? - FOTO/VİDEO

Ekspert bu problemin həlli üçün 2 yol təklif edir:

"Sizə deyim ki, toy karvanlarındakı bu qəzaların, avtoxuliqanlığın qarşısını almağın iki radikal yolu var. Bunlardan biri ondan ibarətdir ki, toy karvanlarına çıxan avtomobil sayı azaldılmalıdır. Qanunla tənzimlənməlidir ki, toy karvanında tutaq ki, beş avtomobildən artıq avtomobil ola bilməz. Bu, radikal addımlardan biridir.

İkinci belə bir addım ondan ibarət ola bilər ki, bölgələrdə toy karvanı yola çıxmazdan öncə həmin rayonun Dövlət Yol Polisin məlumatlandırıla bilər. Düşünürəm ki, bu radikal addımları atmaqla biz bölgələrdəki toy karvanlarındakı, bu xuliqanlıqların ağır qəzaların qarşısını ala bilərik".

Xatırladaq ki, avtoxuliqanlıq halları ilə bağlı cəza tədbirləri İnzibati Xətalar Məcəlləsinin 511-ci maddəsi ilə tənzimlənir. Həmçinin yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin və ya onları əvəz edən şəxslər üçün də məsuliyyət daşıyır.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı