"Vaqner" Polşa sərhədində - Ordu hərəkətə keçdi

Polşa Belarus sərhədinə əlavə hərbi qüvvə göndərir.

Metbuat.az xəbər verir ki, buna səbəb Belarus əsgərləri ilə “Vanqer” muzdlularının Polşa sərhədinə yaxın ərazidə təlimlər keçməsidir. Polşa Milli Təhlükəsizlik Komitəsinin rəsmisi Zbigniev Hoffmann bildirib ki, “Vaqner”in mövcudluğunun yaratdığı təhlükələri qiymətləndirən Müdafiə Nazirliyi qoşunları Belarus sərhədinə köçürmək qərarına gəlib.

Qeyd edək ki, Belarusun Müdafiə Nazirliyi xüsusi təyinatlıların Polşa sərhədindən 5 kilometr aralıda yerləşən Brest şəhərində “Vaqner”birlikləri ilə birgə təlimlər keçdiyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR