Yens Stoltenberq NATO-Ukrayna Şurasının iclasını çağırıb

NATO-nun Baş katibi Yens Stoltenberq iyulun 26-da NATO-Ukrayna Şurasının iclasını çağırıb.

Metbuat.az xəbər verir ki, bu barədə NATO nümayəndəsi Oana Lunqesku məlumat verib.

"Tərəflər son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq və Qara dəniz vasitəsilə Ukrayna taxılının daşınmasını müzakirə etmək üçün görüşəcəklər", - deyə spiker bildirib.

O həmçinin əlavə edib ki, görüş səfirlər səviyyəsində keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı