Təl-Əvivdə hava həyəcanı siqnalının verilməsindən sonra 20-dən çox insan xəsarət alıb.
Metbuat.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, həyəcan siqnalı Yəməndən atılan raketin Hava Hücumundan Müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilməsi ilə əlaqədar işə salınıb.