Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinə sədr təyin olunub.
Metbuat.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmrinə əsasən, Əli Tahir oğlu Nəbiyev AQTİ-yə sədr vəizfəsinə təyinat alıb.
Qeyd edək ki, Ə.Nəbiyev Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. “Azərbaycan Dəmir Yolları” QSC-də Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin rəisi və Hüquq İdarəsinin rəis müavini vəzifələrində fəaliyyət göstərib. Mediasiya Şurasının İdarə Heyətinin üzvüdür.
Bu təyinatadək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri olub.