Azərbaycan qeyri-neft ixracını 20,6% artırıb

“Qeyri-neft sektorunun ixrac imkanlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər davam edir”.

Metbuat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında paylaşım edib.

Nazir qeyd edib ki, bu ilin yanvar-iyun aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,6% artaraq 1 milyard 773,3 milyon dollar təşkil edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı