Ağcaqanad dərmanları kimlər üçün zərərlidir? - Həkimdən AÇIQLAMA

Yay aylarında demək olar ki, hər kəs ağcaqanad dərmanlarından istifadə edir. Olduqca ucuz qiymətə satılan bu dərmanların bir qismi tüstü formasında, bəzi növləri isə xüsusi qabda enerji şəbəkəsinə qoşularaq istifadə edilir. Bəs bu vasitələr insan orqanizminə necə təsir göstərir?

Metbuat.az-a danışan həkim-terapevt Sübhan Hacıyev bildirir ki, bu dərmanların sağlam insanlara elə də təsiri yoxdur:

"Yayda xüsusilə dişi ağcaqanadların insanlara hücumu onların mayalanma prosesi üçün qana bolluca ehtiyacları olduğu üçün lazımdır. Onlardan qorunmaq üçün müxtəlif vasitələr var insanlarımız da bu müxtəlif vasitələri, xüsusilə kimyəvi tərkibi olan vasitələri istifadə etməklə ağcaqanadlardan qurtulmuş olurlar. Bunların əsas təsir mexanizmləri ondan ibarətdir ki, ağcaqanadların ağciyərləri yoxdur, buna görə də, karbon qazını oksigenlə əvəz edə bilmirlər. Yəni bunun mübadiləsi olmadığı üçün o dərmanları istər yandırdıqda, istər tüstüsündən istifadə olunduqda, istər energetik bir yerə qoşduqda ağcaqanadların tənəffüs sisteminə birbaşa təsir göstərərək onları məhv etmiş olur.

İnsanlara bunun təsiri açığı çox da olmur, xüsusilə böyük insanlara. Çünki sağlam 18 yaşdan yuxarı insanlarda hər hansı bir ciddi patologiya olmur. Bu ondan irəli gəlir ki, ağciyərlərimiz daha sağlamdırlar həmin kiçik porsion təsirlər ağciyərə o qədər ciddi fəsad törədə bilmir".

İnsanlar niyə əsnəyir?

Sübhan Hacıyev deyir ki, uşaqların olduğu yerdə bu dərmanlardan istifadə zamanı diqqətli olmaq lazımdır:

"Körpə uşaqlar, xüsusilə 1 yaşa qədər uşaqların ağciyər həcmi çox kiçikdir yaxud, xroniki ağciyər, tənəffüs yolu xəstəliyi olan insanlarda, ürək-damar xəstəliyi olan insanlarda müəyyən fəsadlar ola bilər.caqanad dərmanlarının fəsadları onlara təsir göstərə bilər.

Bu dərmanların toksik təsirinin simptomları olaraq, ürəkbulanma, baş ağrıları, ümumi bir halsızlıq ola bilir. Lakin insan orqanizmində ciddi bir toksikoloji hal baş vermir".

Terapevtin tövsiyəsinə görə, bu dərmanlar insanlar yatmadan 1-2 saat öncədən istifadə edilməlidir ki, yatarkən dərmanın təsirinə məruz qalmasınlar.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı