​Rusiya ordusu Donetskdə iki yaşayış məntəqəsini nəzarətə götürdü

Rusiya ordusu Donetsk vilayətində daha iki yaşayış məntəqəsini nəzarətə götürüb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada, Donetsk vilayətində Zelenovka və Novı Komar yaşayış məntəqələrinin nəzarətə götürüldüyü bildirilib. Bu, Rusiyanın son iki gündə Donetskdə nəzarətə götürdüyü 4-cü yaşayış məntəqəsidir. Nazirliyin açıqlamasında Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyətləri ilə bağlı yenilənmiş məlumat paylaşılıb. Məlumatda Rusiya ordusunun cəbhədə uğurlar qazandığı bildirilib. Məlumatda Şərq Hərbi Qrupunun birliklərinin qondarma Donetsk Xalq Respublikasında irəlidiyi qeyd edilib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi bundan əvvəl Donetsk vilayətində Trudovoye və Stariye Ternı qəsəbələrinin ələ keçirildiyini açıqlamışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı