Goranboy rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə rayonun Borsunlu kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin ehtimala görə, hadisəyə KİA markalı avtomobilin aşması səbəb olub. Sürücü Zəfər Cəfərovun idarə etdiyi avtomobilin aşması ilə özü və polis mayoru olan dostu Ceyhun Axundov həyatlarını itiriblər.