Yaraşıqlı olduğu üçün vaxtilə Səudiyyə Ərəbistanından qovulan tanınmış fotoqraf, yazıçı və model Ömər Borkan şəxsi həyatı ilə gündəmə gəlib.
Metbuat.az bildirir ki, hazırda Kanadada yaşayan modelin həyat yoldaşı Yasmine Oveidanın görünüşü sosial mediada müzakirə olunur. Sosial media istifadəçiləri peşəsi dizayner olan Yasmineni Ömər Borkana yaraşdırmırlar.
Qeyd edək ki, Ömər Borkan və Yasmine Oveida uzun müddətdir ailəlidir. Onların bir oğlan övladı var. Oğlan övladı da yaraşıqlı olması ilə diqqət çəkir.
Ömər Borkan əl-Qalu həddindən artıq gözəl olduğu üçün Səudiyyə Ərəbistanından deportasiya olunub. Şəriət qvardiyası bəyan edir ki, onun gözəlliyi qadınlar arasında çaxnaşma yarada, xanımlar ona görə "başlarını itirə" bilərlər.