Şimşək çaxıb, leysan yağışları yağıb - FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyulun 26-sı saat 9:00-a olan məlumatına ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə Metbuat.az-a Xidmətdən xəbər verilib.

    Düşən yağıntının miqdarı Şahdağda 42 mm, Qəbələdə 27 mm, İsmayıllıda 26 mm, Qrızda 25 mm, Oğuzda 16 mm, Göyçay, Gədəbəydə 14 mm, Ordubadda 13 mm, Quba, Tərtərdə 12 mm, Şəkidə 11 mm, Göygöldə 10 mm, Zərdabda 8 mm, Mingəçevir, Daşkəsən, Qusar, İmişli, Gəncə, Ağdam, Yevlax, Naftalan, Şərur, Balakən, Ağsu, Culfa, Sədərək, Şahbuz, Şəmkir, Naxçıvan, Kürdəmir, Sabirabad, Biləsuvar, Qax, Yardımlıda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.

    İyulun 25-də şimal-qərb küləyi arabir Daşkəsəndə 28 m/s, Naftalanda 27 m/s, Göygöldə 20 m/s, Göyçayda 18 m/s, Biləsuvarda 16 m/s, Şirvanda 15 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.3 metrə çatıb.

    Yağan leysan yağış nəticəsində Daşkəsən rayonu ərazisindən keçən Dəstəfurçaydan sel keçib.

    Naftalan, Şəmkir, Balakən, Sarıbaş, Qrız, Şahdağ, Göyçay, Lerikdə müşahidə olunub.

    İyulun 25-i Bakıda və Abşeron yarımadasında 28-30° isti, Naxçıvan MR-da 39°-dək isti, aran rayonlarında 32-34° isti, dağlıq rayonlarda 21-24° isti olub.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı