FHN-dən bildirilib ki, yanğın qısa müddətdə məhdudlaşdırılaraq ətrafa yayılmasının qarşısı alınıb.
***
Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən “Kristal Abşeron 1” yaşayış kompleksindəki binaların birində yanğın baş verib.
Metbuat.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib ki, FHN-in 112-i qaynar xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verməsi ilə əlaqədar məlumat daxil olub.
Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları və texnikası cəlb olunub.
Qeyd edilib ki, hazırda ərazidə yanğının söndürülməsi istiqamətində işlər aparılır.