Laylo Mirzoeva “Global Golden People Awards 2023”də mükafata layiq görüldü

Qadın nə istəyir? Zaman-zaman dünya dahilərini belə düşündürən bu sualın cavabı isə sadədir.

Qadın hər daim gözəl görünmək, diqqət mərkəzində olmaq, gözəlliyinə gözəllik qatmaq qistəyir.

Bir də gözəlliyi yaradan qadınlar var.

Laylo Mirzoeva qadın ruhuna toxuna bilən mütəxəssislərdəndir. Gözəllikdən ilhamlanan tacikistanlı master kolorist Laylo Mirzoeva 14 ildir ki, bu sahədə fəaliyyət göstərir. İşgüzar xanımın özünəməxsus gözəllik studiyası var və uzun illərdir yaşadığı şəhərinin ən yaxşı kolorist ustaları siyahısındadır.

İxtisasca filoloq olan gənc master kolorist hesab edir ki: “İstəklərin heç bir şeyə tabe olmadığı yerdə filoloq kolorist ola bilərmiş”.

Bu seçimindən peşman olmayan master koloristin öz işi ilə bağlı böyük hədəfləri var.

Bu sahəyə yeni başlayanlardan heç vaxt dəstəyini əsirgəməyən peşəkar mütəxəssi Laylo Mirzoeva, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Professional Businesswoman of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı