Respublikada iki gündə itkin düşən 19 nəfər tapılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 15-də və 16-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 19 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.