Gəncədə ailə faciəsi - 3 uşaq zəhərləndi

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, 2012-ci il təvəllüdlü F.Şamilova, 2015-ci il təvəllüdlü H.Şamilov və 2017-ci il təvəllüdlü Z.Şamilova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal uşaqlara yardım edilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, zəhərlənən uşaqlar bir ailənin üzvüdür.

Onların yaşadıqları evin vanna otağında dəm qazından zəhərləndiyi qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı