Gülnoza İnoqamova “Global Golden People Awards 2023”də mükafata layiq görüldü

Peşəkar özbəkistanlı kosmetoloq Gülnoza İnoqamova beynəlxalq arenada seçilənlərdən oldu. Gülnoza İnoqamova 1990-cı ildə Daşkənd şəhərində həkim ailəsində anadan olub. Böyüdüyü mühit onun peşə seçimində böyük rol oynayıb.

Yeniyetmə vaxtlarından gözəllik və onun qorunması haqqında düşünməyə başlayan gənc qız qısa zamanda seçimini edir. Gözəllik onun üçün ilham mənbəyinə çevriləndə qərara gəlir ki, kosmetoloq olsun. O, 2006-2011-ci illərdə Daşkənd Əczaçılıq İnstitutunda kosmetologiya və əczaçılıq üzrə təhsil alır, daim öz üzərində çalışır və bacarıqlarını artırır.

Artıq 12 ildir ki, ixtisaslı kosmetoloq olaraq fəaliyyət göstərən Gülnoza İnoqamova hər pasiyentə onun istəkləri nəzərə alınmaqla fərdi yanaşır və onun cəlbediciliyini üzə çıxarmağa çalışır.

O, üz və bədənin qeyri-cərrahi modelləşdirilməsi və liftinqi, qol, ayaq, omba nahiyələrinin ən müasir kosmetik məhsullarla konturlanması, intim plastik cərrahiyyə ilə yanaşı qırışların, hiperhidrozun, alopesiyanın müalicəsini uğurla həyata keçirir.

Gələcəkdə öz klinikasını təsis etməyi planlayan peşəkar kosmetoloq Gülnoza İnoqamova, 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Skilled Cosmetologist of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı