Türkiyədə Polis Akamdemiyasının məzun gecəsində maraqlı anlar yaşanıb.
Metbuat.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan akademiyanı birinciliklə bitirən azərbaycanlı tələbə Sərxan Oruclu ilə qısa söhbət edib.
Prezident diplomu təqdim edərkən S.Orucludan İlham Əliyevə salamlarını çatdırmasını istəyib. Həmin dialoqu təqdim edirik:
Ərdoğan: Qardaşım İlham Əliyeva salam deyərsən
Sərxan Oruclu: Anlaşıldı
Ərdoğan: Salam deyəcəyinə söz verirsən?
Sərxan Oruclu: Söz verirəm