AZAL təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verdi

"Azərbaycan Hava Yolları" QSC (AZAL) ona məxsus Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı başsağlığı verib.

Metbuat.az xəbər verir ki, aviaşirkətin açıqlamasında deyilir:

"Bu gün AZAL üçün son dərəcə ağır və faciəli bir gündür. “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərə və ekipaj üzvlərinə Allahdan rəhmət diləyir, ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk. Onların ağrısı bizim də ağrımızdır.

Xəsarət alanlara tez bir zamanda şəfa arzulayırıq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı