Şaxlo Fatxullaeva Azərbaycanda təltif olundu

Özbəkistanlı biznes ledi Şaxlo Fəxullaeva “Global Golden People Awards 2023” adı hallananlardan oldu. Özbəkistanın Daşkənd şəhərində ziyalı ailəsində anadan olan gənc xanım ali iqtisad təhsilini başa vurduqdan sonraöz kiçik biznesini qurur.

İşinə sevgi ilə yanaşan Şaxlo Fatxullaeva daim öz üzərində çalışır və karyerasındakı mərtəbələri sürətlə keçir. Hazırda o, ailə biznesi hesab edilən parfüm sənayesi ilə məşğuldur. Öz brendini yaradan işgüzar xanım Şaxlo Fatxullaeva dəbdəbəli ətirlərinistehsalını həyata keçirir. 6 ildir ətir sənayesində fəaliyyət göstərən biznes ledi özbəkistanda özünəməxsus qoxuya malik ətirləri ilə məşhurdur.

Onun gələcəklə bağlı hədəfləri arasında çoxsaylı ətir mağazaları ilə öz brendini dünyaya tanıtmaq əsas yer tutur.

Özbəkistanın“Ətir Kraliçası”ı Şaxlo Fatxullaeva 2 iyul 2023-cü il tarixində Bakıda baş tutan beynəlxalq “Global Golden People Awards 2023” mükafatlandırma mərasimində “The Innovative Businesswoman of the Year” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı