Son bir ildə Azərbaycanda dollara tələb 38%-ə yaxın azalıb

Bu ilin iyul ayında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərraclarında 272,8 mln. ABŞ dolları satılıb.

Metbuat.az bildirir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 28,5% çoxdur. Belə ki, 2022-ci ilin iyul ayında banklara satılan valyutanın həcmi 212,3 mln. ABŞ dolları təşkil edib.

Birgə keçirilən valyuta hərraclarında bu ilin ilk yarım ilində isə ümumilikdə 1 mlrd. 843,9 mln. ABŞ dolları satılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 37,5% azdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı