Bu ilin iyulu tarixə keçəcək

Bu ilin iyulu tarixdə qeydə alınmış ən isti ay olacaq.

Metbuat.az xəbər verir ki, bu barədə BMT-nin Dünya Meteorologiya Təşkilatı və Avropanın Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) məlumat yayıb.

Bildirilib ki, iyulun ilk üç həftəsi indiyə qədər qeydə alınmış ən isti üç həftəlik dövr olub.

Ayın ilk üç həftəsi Şimali Amerika, Asiya və Avropanın böyük hissələrində isti dalğaları ilə yadda qalıb və bu, Kanada və Yunanıstan da daxil olmaqla müxtəlif ölkələrdə meşə yanğınlarına səbəb olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı