Xəbər verdiyimiz kimi, Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlıya hökm oxunub. O, məhkəmənin qərarı ilə 9 il 6 müddətinə həbs edilib.
Metbuat.az meyxanaçının məhkəməsindən görüntüləri təqdim edir:
Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.