Azərbaycana dəmir yolu ilə idxal olunan ərzaq məhsullarının həcmi açıqlandı

Cari ilin yanvar-iyun aylarında Azərbaycana dəmir yolları ilə 351 min ton ərzaq məhsulları idxal olunub.

Metbuat.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC “Facebook” səhifəsində paylaşım edib.

    “Cari ilin ilk 6 ayı ərzində ölkəyə dəmir yolları ilə 351 min ton ərzaq məhsulları idxal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artım deməkdir”, - paylaşımda bildirilir.

    Qeyd olunur ki, hesabat dövründə dəmir yolu ilə ən çox daşınmış 5 məhsul isə şəkər tozu və qənd, bitki yağı, müxtəlif yarmalar, buğda unu və kartofdur.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı