Şəhid və müharibə əlillərinin dövlət büdcəsi hesabına oxuyan övladlarının sayı açıqlandı

Ölkəmizin ərazi bütovlüyü və müstəqilliyi uğrunda həlak olmuş, eləcə də əlilliyi müəyyən edilmiş vətəndaşlarımızın ödənişli təhsil alan övladlarının təhsil xərcləri dövlət büdcəsi hesabına ödənilir.

Metbuat.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, bu, ümumilikdə 2465 nəfərə şamil edilib. Onlardan 1863 nəfəri ali təhsil müəssisələrində (tibb müəssisələri də daxil), 577 nəfəri orta ixtisas təhsili müəssisələrində ödənişli, 25 nəfəri peşə təhsili müəssisələrində təhsil alanlardır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı