Bank borclunun maaşından ən çox bu qədər pul tuta bilər

Borclunun razılığı ilə kreditor tərəfindən onun əməkhaqqından maksimum 50 faiz tutula bilər.

Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bununla bağlı Konstitusiya Məhkəməsi qərar qəbul edib.

Hüquqşünas Qorxmaz Ağayev deyir ki, əvvəlki qaydalarda borclunun vəsaitindən silinmələrlə bağlı bəlli limit müəyyən olunmamışdır.

Əməkhaqqından tutulma tərəflər arasında bağlanmış müqaviləyə əsasən aparılırdı.

Qorxmaz Ağayev qeyd edib ki, silinmələr borclunun götürdüyü öhdəliklər əsasında fərqli şəkildə də aparıla bilər.

Hüquqşünas əlavə edib ki yeni qaydalara borcalanların öz öhdəliklərinə ciddi yanaşmağa sövq edə bilər.

Daha ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı