Xaçaturyanın azərbaycanlılara etdikləri: 7 ay əsir qalan şəxs DANIŞDI - VİDEO

Meşəli qətliamını törədənlərdən biri olan erməni terrorçu Vaqif Xaçatryanın həbsindən sonra hadisə şahidləri mediaya açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, 2001-ci ildə müsahibə verən əsirin danışdıqları sosial şəbəkələrdə yenidən gündəm olub. Belə ki, azərbaycanlı Mail Məmmədov erməni silahlılarının ona məruz qaldığı dəhşətli işgəncələrdən danışır. M.Məmmədov bədənində qalan izləri də kameraya göstərib. Həmin dəhşətli anlardan danışan məhbus ona işgəncə verənlərin adlarını çəkib:

"Bizi kənara çəkdilər. Bir erməni əlində qaynaqla içəri girdi və gördüm ki, xaç kəsir. O, "çıxın" dedi. Çıxdım, dustaqlar küçəyə yığılmışdı. Məhkumların gözü qarşısında məni yerə yıxdılar, bu xaç damğasını vurublar. Bu xaçı mənə Artur, Vaqif və başqa biri vurub. Vaqif erməni idi. Daha bir əsir gətirildi. Məni də onun yanına qoydular. Əlləri məftillə arxaya bağlanmışdı, qaşı deşik idi. Gözündən qan axırdı. Ermənilər gəlib onu dəyənəklə döydülər. Sonra yıxdılar və başını əzdilər, gözləri yuvasından çıxdı. Sonra onu küçəyə apardılar. Bir də gördüm ki, başını kəsiblər”.

Qeyd edək ki, Məmmədov Mail Məmmədəli oğlu - 3 oktyabr 1992-ci ildən 7 may 1993-cü ilədək erməni əsirliyində olmuşdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı