Mübariz Mənsimovun həyatından bəhs edən film çəkildi - VİDEO

“Palmali Holding” şirkətinin prezidenti Mübariz Mənsimovun həyatı və fəaliyyətinə həsr olunmuş “Mübariz Zirvəsi” adlı sənədli film hazırlanıb.

Metbuat.az xəbər verir ki, dörd hissədən ibarət olan filmdə Mübariz Mənsimovun uşaqlıq, məktəb və gənclik illərindən, onun şəxsiyyət kimi formalaşmasına əvəzsiz töhfələr vermiş ailəsindən bəhs olunur. Sənədli filmdə həmçinin Mübariz Mənsimovun iş adamı və xeyriyyəçi kimi fəaliyyətindən, sadə insanların onun fəaliyyətinə verdiyi qiymətdən geniş danışılır. Filmdə “Palmali Holding” şirkətinin prezidentinin ailə üzvləri, övladları, keçmiş sinif yoldaşları, biznes sahəsində Mübariz Mənsimovu yaxşı tanıyan iş adamları, dostları, şəhid anaları və ataları, onun xeyriyyəçiliyi nəticəsində şəfa qazanmış və işlərində böyük uğurlar əldə etmiş insanlar fikirlərini bölüşüblər.

Qeyd edək ki, sənədli filmin hazırlanmasında tamaşaçı auditoriyasına Mübariz Mənsimovun həyat və fəaliyyətini ilə bağlı indiyədək işıq üzü görməyən kadrlardan istifadə olunub. Çəkilişlər Azərbaycanın Bakı şəhərində, Masallı və Astara rayonlarında, həmçinin Türkiyənin İstanbul və Bodrum şəhərlərində həyata keçirilib.

Film sabahdan yayımlanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR