Mart ayının 19-u 2025-ci il tarixində Göyçayın Mırtı kəndində 1-ci Qarabağ müharibəsində şəhid olub itkin düşən, 1970-ci il təvəllüdlü Behbudov Daşqın Nəsrəddin oğlu ilə vida mərasimi keçirilib.
Metbuat.az xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları ilə birlikdə Göyçay Rayon İcra Hakimiyyətinin, N saylı hərbi hissənin, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları, kənd sakinləri iştirak ediblər.
Şəhidimiz fevral ayının 27-də rayonun Mırtı kəndində dünyaya göz açmışdır. İlk orta təhsilini isə Mırtı kənd orta məktəbində alıb. Təhsilini başa vurduqdan sonra fevralın 1-i 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Daşqın Behbudov hərbi xidmətini başa vurduqdan sonra yenidən müharibə zamanı könüllü olaraq ordu sıralarına qoşulub. 1994-cü ildə Füzuli rayonu ərazisində itkin düşüb. Şəhidimiz subay idi. Göyçay Rayon Məhkəməsinin 2007-ci il tarixli qətnaməsinə əsasən ona şəhidlik statusu verilib.